Azərbaycan və Pakistan arasında əməkdaşlıq sazişi təsdiqlənib

5 İyun 2025 15:28 (UTC+04:00)

Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib. SİA xəbər verir ki, bu barədə qanunu Prezident İlham Əliyev imzalayıb.

Qanunla 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.