Azərbaycan Voleybol Federasiyasının rəsmisi Gümüş Avropa Liqasının oyunlarına təyinat alıb

5 İyun 2025 14:33 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) təyinat alıb. Bu barədə SİA-ya Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

M.Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək. O, 6-8 iyun tarixlərində Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Lüksemburq və Latviya komandaları mübarizə aparacaqlar.