Yeni Qvineya dağlarında ən nadir siçovul tapılıb...

5 İyun 2025 23:53 (UTC+04:00)

...Bioloq Frantişek Vejmelk son 30 ildə yalnız bir dəfə görülən nadir siçovul kəşf edə bilib. Söhbət siçan ailəsinin ən böyük nümayəndəsi olan subalp yunlu siçovuldan gedir.

Deməli, SİA-nın məlumatına görə, Yeni Qvineya dağlarında olduqca nadir subalp yunlu siçovul aşkar edilib. Son 30 ildə siçan ailəsinin ən böyük nümayəndəsi yalnız bir dəfə görülüb. Gəmiricinin ölçüsü 85 sm uzunluğa, çəkisi isə 2 kq-a çatır. Uzun müddət Mallomys istapantap çətin hesab edilsə də, çex bioloqu Frantişek Vejmelka onu kameraya çəkə bilib. O, ov itinin qurbanı olmuş gəmiricinin cəsədini də aşkar edib.

Qeyd olunur ki, gəmirici subalp yunlu siçovulların qida ehtiyatları axtarışında miqrasiya etdiyi 3200 metrdən çox yüksəklikdə aşkarlanıb.

Nazlı Almuradova