Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub

5 İyun 2025 11:03 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı həyata keçirilib. SİA xəbər verir ki, Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmrinə əsasən, Sultan Mirzəliyev Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

O, bu gün kollektivə təqdim edilib.