Bakıda ötən il qaydalara əməl etməyən 13 min 615 piyada cərimələnib

5 İyun 2025 10:48 (UTC+04:00)

Ötən il paytaxt ərazisində qaydalara əməl etməyən 13 min 615 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

O bildirib ki, bu ilin 5 ayı ərzində isə 8 min 713 piyada məsuliyyətə cəlb olunub.