Benni Blanko və Selena Qomez toy planları ilə bağlı yeni təfərrüatları paylaşıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, hələ tarix təyin etməyən cütlük klassik gəlin və bəy rəqsi etməyəcəklərini açıqlayıblar. Selena "Mən bir az utanıram, ona görə də bu rəqs haqqında düşünmürük" deyə bildirib. Bunun əvəzinə o, babası ilə xüsusi rəqs edəcək. Çünki babası anasının toyunda o anı yaşaya bilməyib və Selena ona bu fürsəti vermək istədiyini deyib.