ABŞ BMT TŞ-nın Qəzza ilə bağlı qətnaməsinə veto qoydu

5 İyun 2025 01:44 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub. SİA xəbər verir ki, qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü hazırlayıb. ABŞ Təhlükəsizlik Şurasında qətnaməni dəstəkləməyən yeganə ölkə olub.