Trampla Putin telefonla danışıb

4 İyun 2025 21:19 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Prezidenti danışığın bir saatdan çox davam etdiyini deyib. O bildirib ki, rusiyalı həmkarı ilə Rusiyanın təyyarələrinə Ukrayna tərəfindən hücum, həmçinin hər iki tərəfdən həyata keçirilən müxtəlif hücumlar müzakirə edilib.

“Yaxşı danışıq oldu, amma dərhal sülhə gətirib çıxaracaq müzakirələr deyil. Prezident Putin aerodromlara son hücuma cavab verməli olacağını çox qətiyyətlə bildirib”.