Britaniyada “Tesla”nın satışlarında 45 faizdən çox azalma qeydə alınıb

4 İyun 2025 19:24 (UTC+04:00)

ABŞ-ın məşhur elektrik avtomobil istehsalçısı “Tesla”nın Böyük Britaniyada yeni avtomobil satışları ötən ilin may ayı ilə müqayisədə 45 faizdən çox azalıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “New AutoMotive” tədqiqat qrupunun ilkin məlumatlarında bildirilib.

Rəqəmlərə əsasən, “Tesla” 2024-cü ilin may ayında Britaniyada cəmi 1 758 avtomobil satıb, halbuki bu göstərici ötən ilin eyni dövründə 3 244 ədəd idi. Şirkətin bazar payını itirməsinin əsas səbəblərindən biri kimi CEO İlon Maskın Avropada sağçı siyasi mövqelərə dəstəyi göstərilir. Bununla belə, “Tesla” 2025-ci ilin əvvəlindən bu günədək Britaniyada ən çox satılan elektrik avtomobili olaraq qalır.

Ümumilikdə, Böyük Britaniyada may ayında yeni avtomobil qeydiyyatları 4,3 faiz artaraq 144 min 98 ədəd təşkil edib. Elektrik avtomobili satışlar isə ildə 28 faiz artım göstərib.

Çinin BYD şirkəti isə eyni dövrdə satışlarını iki dəfədən çox artıraraq 1 388 avtomobil satıb və Britaniya bazarında mövqeyini gücləndirib.