...SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rus qadın dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyaya səfər edib.
Turistin sözlərinə görə, Şimali Koreya adamda yaxşı təəssürat yaratmır.
Qeyd edək ki, Şimali Koreyanın əksər turistlər üçün qapalı ölkə olaraq qalmasına baxmayaraq, ruslar turist qrupunun tərkibində viza ilə bu ölkəyə daxil ola bilərlər.
...Və Moskva sakini fürsətdən istifadə edib. Daha sonra o, təəssüratlarını bölüşüb.
Səfərdən əvvəl turist onu nələrin gözlədiyini anlamaq üçün ölkə haqqında məlumatlar oxuyub, lakin gördükləri bütün gözləntiləri üstələyib.
Rus qadının diqqətini çəkən ilk şey çətin iş şəraiti olub, xüsusən də hər şeyi əl ilə etməli olan fermerlərə gəldikdə...
Eyni zamanda, müxtəlif yaşayış məntəqələrində həyat “qeydiyyatda olan kəndlilərlə” müqayisə edilə bilər, çünki şəhərə getmək üçün icazə tələb olunur.
Rus qadın danışa bildiyi yerli sakinləri “dummi” insanlar hesab edir. Hamısı istədikləri vaxt ölkəni tərk edə biləcəklərini söyləyiblər, lakin…guya istəmirlər, çünki Şimalı Koreya dünyanın ən yaxşı ölkəsidir.
Eyni zamanda, hətta turistlər də ölkə daxilində sərbəst hərəkət edə bilmir, onlara otellərini tərk etməyə icazə verilmirdi.
…Və evə qayıtdıqdan sonra rus qadın Şimali Koreyanın “məzlum hiss” doğurduğunu etiraf edib.
Nazlı Almuradova