...Ötən ilin sonunda Kseniya Borodina üçüncü dəfə evlənməyi planlaşdırdığını açıqlamışdı.
SİA-nın məlumatına görə, onun nişanlısı... bu dəfə blogger Nikolay Serdyukov olub.
Cütlük iyunun 3-də ailə qurub.
...Və beləliklə, teleaparıcı Kseniya Borodina, yenə bu dəfə blogger Nikolay Serdyukovun rəsmi həyat yoldaşı oldu. Televiziya ulduzu paylaşıma fotolar əlavə edərək, sosial şəbəkədəki səhifəsində toydan yazıb.
...Yeni evlənənləri təbrik etmək üçün Borodina və Serdyukovun yaxın dostları, həmçinin Kseniyanın qızı gəlib. Cütlük bal ayından qayıtdıqdan bir həftə sonra daha çox qonağı bir araya gətirəcək genişmiqyaslı tədbir keçirməyi planlaşdırır.
...Xatırladaq ki, Borodina Serdyukovla 2024-cü ilin iyununda "Son Qəhrəman" şousunda tanış olub. Və cəmi altı ay sonra nişanlandıqlarını elan ediblər.
...Hə, yadımdaykən onu da deyim, bu Borodina üçün üçüncü, Serdyukov üçün ikinci evlilikdir. Kseniyanın əvvəlki iki ərindən Mariya və Teona adlı qızları var.
Serdyukovun isə Nikol adlı bir qızı da var. Cütlük birlikdə uşaq dünyaya gətirməyə ümid edir və artıq ad məsələsinə də qərar veriblər.
...Çaşıb “axırıncı olmasın” deyəcəkdim, amma deyəsən özümü saxlaya bildim?..
Nazlı Almuradova