...Gündə bir stəkan lobya ürək sağlamlığını və maddələr mübadiləsini yaxşılaşdıra bilər.
SİA-nın məlumatına görə, bu, NUTRITION 2025 konfransında araşdırmalarının nəticələrini təqdim edən İllinoys Texnologiya İnstitutunun tədqiqatçılarının gəldiyi nəticədir.
Tədqiqatçılar 12 həftə ərzində hər gün bir stəkan noxud, qara lobya və ya düyü yeyən prediabetli 72 iştirakçını (nəzarət qrupu) təqib ediblər.
Noxud yeyənlər ümumi xolesterinin 200,4-dən 185,8 mq/dL-ə düşdüyünü görüblər.
Qara lobya istehlak edən iştirakçılar, iltihabi marker interleykin-6 səviyyəsinin 2,57-dən 1,88 pg/ml-ə qədər azaldığını göstərib.
Qan şəkərinin səviyyəsi dəyişməz qalıb.
Müəlliflərin fikrincə, paxlalılar xroniki xəstəliklər riskini azaltmaq üçün sadə və ucuz üsul kimi xidmət edə bilər, xüsusən də lipid mübadiləsinin pozulması və xroniki iltihabı olan insanlarda...
Nəticələr həmçinin lobya və noxudun gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini təsdiqləyir - istər garnitür kimi, istərsə də salatlara və ya şorbalara əlavə kimi...
Tədqiqatçılar vurğulayıblar ki, paxlalılar çoxfunksiyalı qidadır, konservləşdirilmiş, qurudulmuş və ya dondurulmuş şəkildə mövcuddur.
Əsas odur ki, tərkibi izləmək və artıq duz və ya şəkərdən qaçınmaqdır. Layihənin növbəti mərhələsi paxlalı bitkilərin bağırsaq mikrobiomuna və metabolik sağlamlığa təsirinin öyrənilməsinə yönəldiləcək.
Nazlı Almuradova