“Avropa Trampla əsas danışıqları gözləyir...”

5 İyun 2025 00:04 (UTC+04:00)

...Avropa rəsmiləri hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp üç mühüm məsələdən - Ukraynaya yardım, NATO-nun müdafiəsi və ticarətindən Avropanı güzəştə getməyə məcbur edərək danışıqlarda rıçaq kimi istifadə edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Financial Times” yazır.

Avropa liderləri səbirsizliklə Trampla bütün qitənin təhlükəsizliyinə, iqtisadiyyatına və müdafiəsinə təsir edə biləcək bir sıra əsas danışıqları gözləyirlər.

Tramp Ukraynaya dəstəyi, NATO-nun müdafiə öhdəliklərini və ticarət əlaqələrini vahid sazişdə birləşdirə bilər. Yəni bir məsələdə güzəştlər tələb edirsə, digərində isə kömək edə bilər.

Avropa İttifaqı mənbələrinin qeyd etdiyi kimi, Tramp administrasiyası Ukraynaya hərbi və kəşfiyyat dəstəyini tamamilə dayandıra, Avropa İttifaqı ilə ticarət müharibəsinə başlaya və ya ABŞ qoşunlarının Avropadan kütləvi şəkildə çıxarılmasına başlaya bilər.

...Avropa İttifaqının yüksək səviyyəli rəsmilərindən biri etiraf edib ki, “biz ümiddən zərərin idarə edilməsinə keçdik”.

...Vəziyyəti qarşıdan gələn görüşlər mürəkkəbləşdirir: Kanadada G7 sammiti, NATO-nun Haaqa sammiti və Brüsseldə ticarət danışıqları...

Hər bir halda Avropa Trampdan ultimatum riski ilə üzləşir, Brüssel qorxur ki, bütün bu məsələlərə tək bir sövdələşmə vasitəsi kimi baxa bilər.

...Və Avropa Komissiyasının sədri Ursula fon der Leyen “müstəqil Avropa”nın qurulmasına çağırıb.

Brüssel öz bütövlüyünü və birliyini nümayiş etdirməlidir.

Əli Babayev