Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pxoxan şəhərinə səfər edib. Bu barədə SİA-ya Federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Pxoxan Taekvondo Federasiyası, Pxoxan İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə ATF-nin fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.