Avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb

4 İyun 2025 10:14 (UTC+04:00)

Bakıda avtomobil işıq dirəyinə çırpılıb. SİA xəbər verir ki, Yüzbaşov Elnur Rafiq oğlu idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə Ələt qəsəbəsi ərazisində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə maşın daş hasara və elektrik dirəyinə çırpılıb. Sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.