Vanda Nara bu futbolçu ilə eşq yaşayır

4 İyun 2025 08:39 (UTC+04:00)

"Qalatsaray"ın məşhur oyunçusu İkardi ilə qalmaqallı boşanma prosesi davam edən Vanda Nara yeni sevgi dedi-qoduları ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun adı bu dəfə Aşraf Hakimi ilə eşq şayiələrində hallanıb. Xatırladaq ki, Hakimi 24 yaşlı qadına təcavüz etməkdə ittiham olunurdu və həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Hakimi keçmiş həyat yoldaşına aliment ödəməmək üçün bütün var-dövlətini anasının adına keçirmişdi.