Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

4 İyun 2025 05:19 (UTC+04:00)

Abşeron rayonunun Masazır kəndində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin eyvanının yanar konstruksiyaları, içərisində olan ev əşyaları 9 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.