MAQATE rəhbəri Ukraynada

4 İyun 2025 01:44 (UTC+04:00)

MAQATE baş direktoru Rafael Qrossi iyunun 3-də Ukraynaya səfər edib. O, ölkənin energetika naziri German Qaluşenko ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə MAQATE rəhbəri X hesabında məlumat verib. “2022-ci ilin fevralından bəri Ukraynaya artıq 12-ci səfərimə başlamışam. Bu səfər MAQATE-nin Ukraynaya dəstəyini bir daha təsdiqləyir”, - Qrossi bildirib. Onun sözlərinə görə, Qaluşenko ilə agentliyin Ukraynanın enerji infrastrukturunun bərpasına necə kömək edə biləcəyini müzakirə edib. Buraya Xmelnitski AES-də yeni enerji bloklarının inşası, Çernobıl AES-in təmiri və yarımstansiyaların vəziyyətinin qiymətləndirilməsi daxildir.