“Zirə”nin daha iki futbolçusu milli komandalara çağırılıb

3 İyun 2025 18:12 (UTC+04:00)

“Zirə” komandasının daha iki futbolçusu milli komandalara çağırılıb.

SİA xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Anje Mutsinzi Ruanda, İssa Cibriel Niger yığmasına dəvət alıb.

Ruanda seçməsi iyunun 5-də Əlcəzair, Niger isə ayın 7-də Qabonla yoldaşlıq oyunu keçirəcək.