Azərbaycanın voleybol millisi Slovakiyaya yollanıb

3 İyun 2025 11:06 (UTC+04:00)

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.