Arazda suyun səviyyəsi 16 sm artıb

3 İyun 2025 09:56 (UTC+04:00)

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.