"Atletiko" İsveç millisinin hücumçusu ilə maraqlanır

3 İyun 2025 09:07 (UTC+04:00)

İspaniyanın "Atletiko" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən İsveç millisinin aparıcı futbolçusu Viktor Dyekereşlə maraqlanır. SİA "Record" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı hücumçunu heyətinə qatmaq üçün danışıqlara start verib.

İsveçli forvardın sərbəst qalma məbləği 100 milyon avrodur. Lakin "Sportinq" onu 65-75 milyon avroya da buraxa bilər.

Qeyd edək ki, Viktor Dyekereş başa çatan mövsümdə Portuqaliya çempionatını 39 qolla başa vurub. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.