Türkiyə millisində ciddi itkilər

3 İyun 2025 08:12 (UTC+04:00)

Türkiyə millisinin heyətində ciddi itkilər var. SİA “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, “Trabzonspor”un qapıçısı Uğurcan Çakır, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Beşiktaş”ın hücumçusu Mustafa Hekimoğlu heyətdən kənarlaşdırılıb.

Bildirilib ki, hər üç futbolçu zədəlidir. Baş məşqçi Vinçenso Montella “Qalatasaray”ın yarımmüdafiəçisi Ahmed Kutucunu heyətə daxil edib. Qeyd edək ki, Türkiyə millisi ABŞ-də toplanış keçəcək. “Ay-ulduzlular” burada ABŞ millisi ilə, daha sonra Meksika ilə yoxlama oyununda üz-üzə gələcək.