Türkiyənin “Fənərbaxça” klubunda ayrılıq yaşanıb. SİA İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, komandanın idman direktoru Mario Branko postunu tərk edib. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib.
Qeyd edək ki, M. Branko 2023-cü ildən etibarən bu vəzifədə çalışırdı.