İsrailin Ben Qurion hava limanına yenə zərbələr endirildi

3 İyun 2025 02:09 (UTC+04:00)

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivin Ben Qurion hava limanına hücum ediblər. SİA xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib. Onun sözlərinə görə, hücum "Zülfiqar" tipli ballistik raketdən istifadə etməklə həyata keçirilib. Sariya əməliyyatın məqsədinə uğurla çatdığını, raket zərbəsinin hava limanının fəaliyyətinin dayandırılması ilə nəticələndiyini qeyd edib.