95 yaşlı İstvud film çəkməyə davam etmək niyyətindədir...

2 İyun 2025 20:35 (UTC+04:00)

...Klint İstvud rejissor həmkarlarını yeni ideyalar irəli sürməyə çağırıb. O, remeyk və franşizalarla dolu olan müasir kino biznesi haqqında fikirlərini bildirib.

SİA-nın məlumatına görə, bu günlərdə İstvudun 95 yaşı tamam olub. O, özünü yaxşı formada hiss etdiyi üçün işləməyə davam etməyi planlaşdırır və uzun müddət səhhəti ilə bağlı narahat olmayacağına ümid edir.

“Kurier” qəzetinə müsahibəsində o, hazırda yeni film çəkməyə hazırlaşdığını bildirib.

İstvud, ssenaristlərin studiyada kiçik bungalovlarda “Kasablanka” kimi filmlər yaratdıqları günlərin nostaljisini ifadə edib. O qeyd edib ki, hazırda kino sənayesi remeyk və françayzinqlərə fokuslanıb. O, üç dəfə davam filmləri çəkdi, lakin uzun müddətdir ki, bununla maraqlanmır.

Onun fəlsəfəsi yeni bir şey yaratmaq və ya evdə qalmaqdır. O, əlavə etdi ki, insanın yaşla yaxşılaşa bilməməsi üçün heç bir səbəb yoxdur. Onun indi daha çox təcrübəsi var.

Nazlı Almuradova