Ürək sağlamlığı üçün qidalanmanın əsas prinsipi...

2 İyun 2025 23:14 (UTC+04:00)

...Harvard Xalq Sağlamlığı Məktəbinin amerikalı alimləri ürəyi sağlam saxlamaq üçün qidalanmanın əsas prinsipini açıqlayıblar.

Bir neçə onilliklər ərzində 200.000-ə yaxın insanın məlumatlarının təhlili göstərib ki, ürəyi qorumaq üçün əsas amil az karbohidratlı və ya az yağlı pəhriz arasında seçim deyil, qidanın keyfiyyətidir.

SİA-nın məlumatına görə, tədqiqatın nəticələri Orlandoda Amerika Qidalanma Cəmiyyətinin (ASN) konfransında təqdim olunub.

Komanda müxtəlif pəhriz nümunələrinin koroner ürək xəstəliyi riskinə təsirini müqayisə edib.

Məlum olub ki, pəhrizlərin sağlam versiyaları (bütün taxıllar, tərəvəzlər, qoz-fındıqlara diqqət yetirməklə) riski 15 faiz azaldır.

Eyni zamanda, təmizlənmiş karbohidratlar və artıq yağlar olan qeyri-sağlam seçimlər xəstəlik riskini artırdı. Mütəxəssislər pəhrizdə bütöv qidaların nisbətini artırmağı məsləhət görürlər: tərəvəzlər, meyvələr, paxlalılar, həmçinin işlənmiş ət və şəkərli içkilərin istehlakını minimuma endirmək.

Alimlər genetikanın və həyat tərzinin pəhrizlərin effektivliyinə təsirini, həmçinin onların diabet və xərçənglə əlaqəsini öyrənməyi planlaşdırırlar.

Bu məlumatlar fərdiləşdirilmiş qidalanma tövsiyələri yaratmağa kömək edəcək.

Nazlı Almuradova