Kəlbəcər sakini Murovdağdan yıxılaraq xəsarət alıb

2 İyun 2025 13:23 (UTC+04:00)

Kəlbəcər sakini rayon ərazisində dağdan yıxılaraq xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə Murovdağ silsiləsində qeydə alınıb. Kəlbəcər rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X.Ömərov dağda ehtiyatsızlıqdan yıxılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ona ayağın sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır.