İlahə Qədimova yenidən Azərbaycan Şahmat Federasiyasının baş katibi seçilib

2 İyun 2025 13:06 (UTC+04:00)

İlahə Qədimova yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi seçilib. SİA xəbər verir ki, bu, AŞF-nin hesabat-seçki konfransından sonra reallaşıb.

Konfransın ardından baş tutan iclasda İ.Qədimovanın vəzifəsi təsdiq olunub.

Qeyd edək ki, İ.Qədimova 2021-ci ildən bu vəzifəni icra edir.