Cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb

2 İyun 2025 11:28 (UTC+04:00)

Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 1-i saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Vurğulanıb ki, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.