"Araz-Naxçıvan" müqavilənin müddətini uzadıb

2 İyun 2025 10:43 (UTC+04:00)

"Araz-Naxçıvan" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.