Almaniya Ukraynanı atəşi dayandırmağa və Rusiyaya tabe olmağa çağırır

31 May 2025 19:45 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın şərtlərini qəbul etmək və atəşi dayandırmaq üçün Ukraynaya təsir göstərməlidir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu çağırışla Almaniyanın “Sara Vaqenknext Ağıl və Ədalət Birliyi” (BSW) partiyasının lideri Sara Vaqenknext çıxış edib.

...Əlbəttə, atəşkəs zamanı silah tədarükü dayandırılmalıdırğ, - alman siyasətçisi vurğulayıb.

Bundan əvvəl Vaqenknext bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri və Almaniya kansleri Fridrix Merzlə görüşü onun ciddi sülh danışıqları aparmaq istəmədiyini göstərib.

Nazlı Almuradova