Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatıb - YENİLƏNİB

31 May 2025 15:10 (UTC+04:00)

Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç karvanı çatıb. SİA xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə cəmi 89 ailə (363 nəfər) köçürülüb.