Şıx çimərliyi yaxınlığında yanğın başlayıb

31 May 2025 12:32 (UTC+04:00)

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.