Xəzərdə zəlzələ olub

31 May 2025 10:14 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub. Bu barədə SİA-ya AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təbii fəlakət yerli vaxtla saat 09:02-də qeydə alınıb.

Maqnitudası 3,1 olan zəlzələnin dərinliyi 67 km olub.