İranda 17 tələbə qazdan zəhərlənib

31 May 2025 10:00 (UTC+04:00)

İranda 17 tələbə qaz sızması nəticəsində zəhərlənib. SİA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, hadisə İlam Universitetinin yataqxanasında baş verib.

Zəhərlənən tələbələrdən 5-i xəstəxanaya yerləşdirilib, digərləri isə ambulator müalicə alırlar.