Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb

31 May 2025 02:37 (UTC+04:00)

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Nigeriya tez-tez mövsümi daşqınlarla üzləşir. Keçən ilin sentyabrında oxşar hadisədə Nigeriyanın şimal-şərqindəki Maiduquri bölgəsində leysan yağışları şiddətli daşqınlara səbəb olub, milyonlarla insan evlərini tərk edib.