Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

30 May 2025 20:30 (UTC+04:00)

Qazaxıstan BRİKS-ə qoşulmağı planlaşdırmır, respublika prezidenti Kasım-Jomart Tokayev Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, o, “praqmatik” mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu yetərli hesab edir.

SİA-nın məlumatına görə, Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİKS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur” faktına diqqət çəkib.

...Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə bunu zaman göstərəcək, - o yekunlaşdırıb.

Əli Babayev