İstedadlı uşaqların müəyyən edilməsi üçün yarış keçiriləcək

30 May 2025 15:35 (UTC+04:00)

Azərbaycan Atletika Federasiyası (AAF) tərəfindən Şəmkirdə və Gədəbəydə istedadlı uşaqların müəyyən edilməsi layihəsində seçmə xarakterli yarış keçiriləcək. Bu barədə SİA-ya AAF-ın mətbuat xidmətindən məlumat verilib.

Turnir Avropa Atletikasının (European Athletics) dəstəyi ilə baş tutacaq.