Milli Məclis gələn il İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik edəcək

30 May 2025 14:18 (UTC+04:00)

Milli Məclis 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına Parlament İttifaqına sədrlik edəcək. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova qanunverici orqanın yaz sessiyası üzrə bugünkü son plenar iclasın sonunda məlumat verib.

Qeyd edək ki, sədrlik Əlcəzairdən Azərbaycana keçəcək.