"Araz-Naxçıvan" Ömər Buludovla müqaviləni yeniləyib

30 May 2025 11:11 (UTC+04:00)

"Araz-Naxçıvan" klubu futbolçusu Ömər Buludovla müqaviləni yeniləyib. SİA Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə anlaşma 1 il müddətini əhatə edəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 2024/2025 mövsümünü üçüncü pillədə başa vuran komanda UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.