Ucarda piyadanı maşın vurub

30 May 2025 09:44 (UTC+04:00)

Ucarda piyadanı maşın vurub. SİA-nın xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Kafedən çıxıb yaşadığı ünvana gedərkən avtomobil yolunu keçmək istəyən rayonun Alpout kənd sakini,1995-ci il təvəllüdlü Sənan Telman oğlu Səfərovu "Mercedes Vito" markalı avtomobil vurub.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin yardımdan sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Fakt araşdırılır.