70 yaşlı qadın Kürdə boğularaq ölüb

30 May 2025 09:40 (UTC+04:00)

Mingəçevirdə 70 yaşlı qadın Kür çayında boğulub. SİA xəbər verir ki, 1955-ci il təvəllüdlü Qəmər Kazım qızı Hüseynova Mingəçevir şəhəri Sahil Parkı ərazisində Kür çayına düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.