Di Mariya doğma klubuna qayıtdı

30 May 2025 03:27 (UTC+04:00)

Argentina millisinin sabiq üzvü Anxel Di Mariya doğma klubu olan “Rozariyo Sentral”a geri qayıdıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Di Mariya “Rozariyo Sentral”ın yetirməsidir. O, iki il burda çıxış etdikdən sonra 2007-ci ildə “Benfika”ya transfer olunub. O həmçinin “Real”, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi klublarda çıxış edib.