Pakistan və Əfqanıstan arasında hərbi toqquşma başladı

30 May 2025 03:10 (UTC+04:00)

Əfqanıstan və Pakistan arasında Hilmənd əyalətində döyüşlər başlayıb. SİA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. “Pakistan tərəfində yeni sərhəd-keçid məntəqələrinin tikintisi fonunda Əfqanıstanın Hilmənd əyalətinin sərhədi boyunca Pakistan qoşunları ilə Taliban arasında toqquşmalar baş verib”, - məlumatda deyilir.