Uşaqların immunlaşdırılmasında yeni mərhələyə başlanılıb

29 May 2025 19:51 (UTC+04:00)

Azərbaycanda altı xəstəliyə qarşı cəmi bir iynə ilə uşaqların immunlaşdırılmasında yeni mərhələyə başlanılıb.

Əvvəllər tətbiq olunan beş komponentli vaksin artıq heksa vaksinlə əvəz olunub.

SİA-nın məlumatına görə, yeni vaksin dövlət tibb müəssisələrində tam şəkildə əlçatandır.