Ərdoğan Superliqa çempionu olan “Qalatasaray” komandasını qəbul edib

29 May 2025 17:57 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqada 2024-2025-ci illər mövsümünün qalibi olan “Qalatasaray” komandasını qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüş Dolmabahçe sarayında gerçəkləşib.

Qəbulda klub prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk və futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub.