Samir Şərifov tacikistanlı həmkarı ilə görüşüb

29 May 2025 17:17 (UTC+04:00)

Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Tacikistanda bu ölkənin Baş nazirinin müavini Usmonali Usmozoda ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Samir Şərifov sabah Tacikistanda keçiriləcək Buzlaqların Qorunması üzrə Yüksək Səviyyəli Beynəlxalq konfransda iştirak edəcək.