…Yeni rekordu Sankt-Peterburqlu pianoçu Ruslan İşdavletov müəyyən edib.
SİA-nın məlumatına görə, 78.ru yazır ki, o, 60 saat yuxusuz, susuz, yeməksiz piano çalıb.
İşdavletov mayın 27-də saat 00:00-da başlayıb və mayın 29-da saat 12:00-da çalğını başa vurub.
…Sadəcə özümə söz verdim. Özümü daha yaxşı hazırladım, çünki əvvəlki marafonlarda həmişə panik atak anı olurdu, dayanmaq, hər şeydən əl çəkmək istəyirdim. “Bu dəfə isə yox idi”- deyə pianoçu etiraf edib.
Onun sözlərinə görə, marafondan bir gün əvvəl yemək-içməyi dayandırıb, starta bir neçə saat qalmış isə bir neçə nəfəs texnikası edib.
Musiqiçi əvvəllər müəyyən etdiyi dünya rekordunu yeniləyib.
Əvvəllər o, dayanmadan 42,5 saat çalmışdı.
Nazlı Almuradova