"Araz-Naxçıvan" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb

29 May 2025 11:09 (UTC+04:00)

"Araz-Naxçıvan" klubu qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.